Fars körfəzi ətrafındakı ərəb ölkələri kollektiv surətdə qərara alıblar ki, Suriyaya müdaxilə etməsi və Bəşşar Əsədi dəstəkləməsinə görə, Hizbullahın üzvlərini boykot etsinlər.
Fars körfəzi ətrafındakı bütün sünni və şiə ərəb ölkələri sionist rejim qarşısında durduğu üçün Hizbullahı son dərəcə himayə edirlər, lakin tamamilə Misir, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin nüfuzu altında olan Ərəb Liqası son zamanlar Hizbullahın Suriydakı müdaxiləsini şiddətlə pisləyibdir.
Fars Körfəzi Əməkdaşlıq Surasının altı sünni üzvü Hizbullahın Suriyda iştirakını pisləyərək, bildirib ki, Fars Körfəzi Əməkdaşlıq Surasının xarici işlər nazirləri bu ölkələrin daxilində Hizbullah üzvlərinə qarşı tənbehedici tədbirlər görmək qərarına gəliblər.
Bu tədbirlər Fars Körfəzi Əməkdaşlıq Surasına üzv ölkələr daxilində bu üzvlərin vətəndaşlıq haqlarının ləğv olunması, habelə ticarət və maliyyə sanksiyalarına şamil olur.