Misirin əl-Cizə vilayəti prokurorluğu bu vilayətin Əbu əl-Nəmərsin mərkəzində yerləşən Əbu Müslim kəndində 4 şiənin qətli ilə əlaqədar 6 nəfərin həbs olunmasına göstəriş verib.
Əl-Youm əl-Sabi internet portalının məlumatına görə, bu 6 müttəhimin həbs olunması ilə Əbu Müslim kəndində 4 şiənin qətlindəki müttəhimlərin sayı 22 nəfərə çatıb.
Prokurorluq bu şəxslərə qarşı qəsdən qətlə yetirmə, qəsdən yanğın törətmə, dağıtma və dələduzluq ittihamları irəli sürüb.
Bazar günü 15 şəban münasibəti ilə Əl-Cizədə Əbu Müslim kəndində bir şiənin mənzilində toplaşan bir qrup şiə ifratçı sələfilər tərəfindən hücuma məruz qalır. Şiələrin döyülməsi zamanı onlardan 4 nəfər, o cümlədən şiə liderlərindən Şeyx Həsən Şəhatə şəhid olur. Hücumçular mənzilin bütün əşyalarını dağıdıb və yandırıblar.