Suriyanın baş naziri bu ölkə xalqının təcavüzkarlar tərəfindən ehtimal olunan hərbi hücum qarşısında müqaviməti haqda xəbərdarlıq edib.
Vail Əl-Həlqi bu gün bildirib ki, ölkəsinə qarşı hər cür hərbi hücum ordunun qəti cavabı ilə üzləşəcək və Suriya təcavüzkarların qəbiristanlığına çevriləcəkdir.
Vail Əl-Həlqi əlavə edib: Əcnəbilərin müstəmləkəçilik hədələri zəlilliyə baş əyməyən Suriya xalqının iradəsi və əzmkarlığı ilə bu ölkəni qorxutmayacaqdır.
