BMT bir bəyanat yayaraq bildirib ki, Suriyanın kimyəvi silah cəbbəxanası 2014-cü ilin iyun ayının sonuna kimi tamamilə məhv edilmiş olacaq.
BMT daha sonra bildirib ki, əldə olunmuş anlaşmaya əsasən kimyəvi silahları daşıyacaq gəmilərin marşrutu gizli saxlanılır.
Suriyanın ilk kimyəvi silah yükü dünən Laziqiyə limanından yola çıxıb.
Kimyəvi Silahlara Qadağa Təşkilatı da bir bəyanat yayaraq, Suriyanın kimyəvi silahlarının ölkədən çıxarılması və məhv edilməsi üçün yüklənilməsi əməliyyatına start verilib.