Fələstin İslami Müqavimət Hərəkatı Həmas Misirin yeni rəhbərlərindən istəyib ki, Qəzzə zolağı ilə sərhəddə yerləşən tunelləri dağıtmağı dayandırsınlar.
Həmas hərəkatı Qəzzə zolağını çıxılmaz vəziyyətə salmaqla bağlı xəbərdarlıq edib və Misirin yeni rəhbərlərindən istəyib ki, Qəzzə zolağının sərhəd tunellərini dağıtmağı dayandırsınlar.
Fələstinlilərin dediklərinə görə, Misir qüvvələri bu ölkənin sabiq prezidenti Məhəmməd Mursinin kənarlaşdırıldığı zamandan Qəzzə ilə Misir arasındakı tunelləri dağıdıblar. Bu da Qəzzəyə zəruri məhsullar, əsasən də yanacağın daxil olması ilə bağlı böyük problemlə nəticələnmişdir.
Sionist rejim 7 ildir Qəzzə zolağını mühasirəyə alıb və məhsullar, tikinti materialları və yanacağın Qəzzəyə daxil olmasının qarşısını alır.