Suriya ordusunun Homs vilayətindəki son qələbələrinin və yaraqlıları məğlub etməsinin ardınca Əl-Qaidənin tabeliyində olan qüvvələr Hələbdə Şiə sakinli iki məntəqəni mühasirəyə alaraq sakinləri qətliam edəcəkləri ilə hədələyiblər.
Suriya ordusunun Homs vilayətindəki gözə çarpacaq uğurlarının ardınca “İraq və Şamda İslami hökumət” adlı yaraqlılar, Hələb vilayətindəki şiə sakinli “Nəbl” və “Əl-Zəhra” məntəqələrinin mühasirəyə alınması əməliyyatının məsuliyyətini öz üzərinə götürüblər.
Əl-Qaidənən tabeliyində olan bu qrup sözü gedən iki məntəqənin Suriya hökumətinin tərəfdarı olan sakinlərini qətliam edəcəyi ilə hədələyib.
“wall street journal” həmçinin faş edib ki, MKİ Suriya müxalifətinə çatdırmaq üçün İordaniyaya tanka qarşı silahlar və yüngül avtomat silahlar göndərib.