
AzərbaycanXƏBƏRLƏR
Sabiq rektor bu dəfə Prezident Aparatından video yaydı
Sabiq rektor bu dəfə Azərbaycan Respublikası Prezident Aparatının mühafizə xidmətinin əməkdaşı kimi təqdim edilən Səfər Rəşid oğlu Kələntərov adlı şəxsin videosunu yaydı.
Fevralın 27-də sabiq rektor Elşad Abdullayevin itkin düşmüş qardaşı, MTN zabiti Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi media ictimaiyyətinə bu yeni videonu təqdim edib.
Sözügedən video 54 dəqiqədən ibarətdir və hadisələr yenə də ABU-nun sabiq rektoru Elşad Abdullayevin kabinetində cərəyan edir.
Bu dəfə özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən Səfər Rəşid oğlu Kələntərov adlı şəxs M.Abdullayevin Çeçenistanda olduğunu deyir və onun azad olunması üçün bir sıra tələbləri irəli sürür.