XƏBƏRLƏR
NATO qüvvələri Əfqanıstanda 11 uşağı öldürüblər
Əfqanıstandakı NATO qüvvələrinin hava hücumları zamanı ən azı 11 uşaq həyatını itirib.
Əfqanıstanın Konər vilayətinin yerli rəsmiləri bazar günü aprelin 7-də bildiriblər ki, Şiqal şəhərində baş vermiş bu hadisə zamanı daha 2 əfqan qadın da həlak olub.
Əfqanıstan rəsmilərinin bildirdiklərinə görə, əfqan və NATO qüvvələrinin müştərək hərbi əməliyyatı zamanı bir amerikan hərbi müşavir də həlak olub.
NATO bu hücum Talibanın yerli liderlərindən birinə qarşı olduğunu iddia edir.
ABŞ və onun müttəfiqləri 2001-ci ildə terrorizmlə mübarizə bəhanəsi ilə Əfqanıstanı işğal ediblər. 12 ilin keçməsinə rəğmən hələ də Əfqanıstanda sabitlik bərqərar edilməyib.