İranÜMUMİXƏBƏRLƏR

Əhmədinejad: İran xalqı düşmənlərin təzyiqlərinə təslim olmayacaq

İran İslam Respublikası prezidenti deyib: İran xalqı düşmənlərin təzyiqləri və təhdidləri qarşısında təslim olub, öz ideyalarından vaz keçməyəcək.
Mahmud Əhmədinejad bazar günü İslam Şurası Məclisinin “Novruz” görüşündə ümidvarlıq edib ki, yeni il izzət, müvəffəqiyyət, inkişaf və sağlamlıq ili olsun.
M.Əhmədinejad daha sonra deyib: Təhdidlər üzərində qələbə çalaraq, inkişaf yolunda addımlamaq üçün hökumət və parlament arasında həmrəylik mövcud olmalıdır.
İran prezidenti əlavə edib: Mühüm və əsaslı məsələlərə daxil olmaqdan çəkinmək lazım deyil. Əksinə şücaət göstərib bu məsələlərə daxil olmaq və problemlər üçün həll yolları tapmaq lazımdır.
Əhmədinejad sözlərinin davamında deyib: Düşmənlərin bütün səyləri xalqı məyus etməkdir. Lakin, xalq səhnəyə gəldiyi zaman hər şey dəyişmiş olacaq. Buna görə də, yolumuz və istiqamətimiz xalqın seçkilərdə geniş iştirakı olmalıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu