BMT Təhlükəsizlik Şurası razılaşıb ki, əl-Qaidəyə bağlı və Suriya prezidenti Bəşşar Əsədlə döyüşən üsyançı bir qrup əl-Nüsrə Cəbhəsini BMT-nin sanksiyalar siyahısına salsın.
Associated Pressin Nyu-Yorkdan verdiyi məlumata görə, BMT-nin ABŞ-dakı nümayəndəliyi bir bəyanatda bildirib: İraqdakı əl-Qaidəyə bağlı olan əl-Nüsrə Cəbhəsinin adının Təhlükəsizlik Şurasının qara siyahısına salınması ilə bağlı bu şuraya üzv 15 ölkənin heç biri qarşı çıxmayıb.
BMT Təhlükəsizlik Şurasının bu hərəkəti səbəb olacaq ki, əl-Nüsrə Cəbhəsi silah embarqosu, səfər qadağası və hesablarının dondurulması kimi sanksiyalarla üzləşsin.
Suriyadakı üsyançı qruplaşmaların ən güclülərindən biri əl-Nüsrə Cəbhəsidir ki, son vaxtlar əl-Qaidəyə bağlı olduğunu rəsmən açıqlayıb.
Əl-Nüsrə Cəbhəsinin sərkərdəsi son vaxtlar əl-Qaidə qruplaşmasının başçısı İymən əl-Zəvahiriyə biət edib.
