Ənnüsrə terror dəstəsinə bağlı bir qrup yaraqlı Türkiyənin cənubunda bu ölkə ərazisindən istifadə edərək, Suriyaya daxil olmaq istəyərkən həbs ediliblər. Onların üzərindən sarin qazı ilə dolu olan 2 kiloqramlıq bir silindr aşkar və zəbt edilib.
Yerli KİV bildirib ki, 12 nəfərdən ibarət olan bu terror dəstəsi Türkiyənin cənubunda Əznə şəhərində həbs ediliblər. Terrorçuların üzərindən həmçinin elektron cihazlar və müxtəlif sənədlər aşkar edilib.
Silahlı qiyamçılar və terrorçular ötən mart ayında Suriyanın Xanəsəl məntəqəsinə qarşı hücumlarında kimyəvi qazlardan istifadə etmişdilər.
Türkiyə, Qətər və Ərəbistan həmçinin, onların qərbli müttəfiqləri terrorçuların bu cəhdini bəhanə qərar verərək, Suriyaya xarici hərbi hücuma zəmin yaratmaq üçün Suriya ordusunu kimyəvi qazlardan istifadə etməkdə ittiham etməyə çalışmışdılar.
Türkiyə hökuməti hələ ki, bu məsələyə münasibət bildirməyib.