AsyaDünyaQafqazXƏBƏRLƏR

Taliblərdən bir qrupu Əfqanıstanda həlak olub

Əfqanıstanda Taliban qruplaşmasının üzvlərindən bir qrupu həlak olub.

Əfqanıstanın Daxili İşlər Nazirliyi tərəfindən yayılan bəyanata istinadən yazıb: Ötən sutka ərzində Əfqanıstanın müxtəlif bölgələrindəTaliban qruplaşması ilə əfqan qüvvələri arasında baş verən qarşıdurmalarda taliblərdən 16 nəfəri həlak olub. Həmçinin Əfqanıstan polisi taliblərdən daha 10 nəfərini həbs edib.

Bəyanatda qeyd olunub: Əfqanıstan qüvvələri bu ölkənin Nəngərhar, Ləğman, Qənduz, Bəlx, Meydan Vərdək və Helmənd vilayətlərində apardığı əməliyyatda Taliban qruplaşmasının üzvlərindən 7 nəfərini də yaralayıb. Qeyd edək ki, aparılan bu əməliyyatda polis taliblərdən külli miqdarda silah-sursat aşkarlayıb. Bundan savayı yol üstündə qoyulmuş 9 bombanı da zərərsizləşdirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu