DünyaXƏBƏRLƏR

Taliblərin Qətərdəki ofisi bağlanıb

Əfqanıstan Talibləri müvəqqəti olaraq, özlərinin Qətərdəki ofisini bağlayaraq, vədlərə sadiq olmamağı, bu hərəkətin səbəbi olduğunu bildiriblər. Taliblərin Qətərdə Amerika və Əfqanıstanla sülh danışıqlarını başlaması gözlənilirdi.

Taliblərin Qətərdəki ofisi 12 il müharibədən sonra Taliblərlə Amerika və Əfqanıstan arasında ehtimali sülh anlaşması uğrunda ilk hərəkət kimi iyunun 18-də təsis edilsə də, bu hərəkət Əfqanıstan prezidenti Hamid Kərzayın qəzəblənməsinə səbəb oldu. Çünki bu ofis Taliblər üçün qeyri-rəsmi səfirlik kimi fəaliyyət göstərirdi.

Kərzay amerikanlarla ikitərəfli təhlükəsizlik danışıqlarını ləğv edərək, hər cür sülh prosesini boykot etməklə hədələdi .

Adının açıqlanmasını istəməyən Pakistanda yerləşən bir Taliban başçısı Frans-Pressə deyib: Biz bəzilərinin öhdəliklərə sadiq olmamalarına görə, Qətərdəki ofisi müvəqqəti olaraq, bağlamışıq.

Bu şəxs detallara işarə etmədən, deyib: Biz amerikanlardan, Kabil dövlətindən və bizimlə sədaqətli formada rəftar etməyənlərdən razı deyilik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu