DünyaİranXƏBƏRLƏR

İslam İran bəşəriyyət xilaskarının miladının ildönümü günündə şənliyə qərq olub

Həzrət İmam Mehdi Sahibəz-Zamanın (əc) səadətli miladının ildönümü ilə yanaşı İslam İran şənlik və şadlıq içindədir.

Şəbanı ayının başlanması ilə meydanları, prospektləri və yolları çıraqlarla işıqlandıran və bu böyük günün gəlib çatmasını gözləyən zühur intizarları bu gün şənlik mərasimləri təşkil edərək Həzrət Mehdi Sahibəz-Zamana (əc) öz sevgilərini bəyan ediblər.

Həzrət Mehdinin (əc) aşiqləri bu gündə şəbaniyyə minacatı və bu mübarək gün üçün sifariş olunmuş digər dua və ziyarətləri, o cümlədən Ali-Yasin ziyarəti, İmam Zaman (əc) ziyarəti, İmam Zaman namazı və əhd və fərəc dualarını oxumaqla və qılmaqla Allah-taala qarşısında təvazökarlıq edərək və göz yaşı axıdaraq Həzrət İmam Mehdinin (əc) zühurunu tezləşdirməsini diləyiblər.

Mövludxanlıq, təvaşih, əhali arasında şirni və şərbət paylamaq, məscidlər, yollar və dini məkanların çıraqla işıqlandırılması, adları Mehdi və Mehdiyə olanlara hədiyyə vermək 15 şəban şənliyinin digər proqramlarındandır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu