Ukraynada gedən proseslər Azərbaycanda da diqqətlə izlənir
Ukraynaya səfər edən Azərbaycan Respublikası Müsavat başqanı İsa Qəmbər dekabrın 15-də paytaxt Kiyevin Azadlıq meydanında çıxış edib.
Avropaya inteqrasiya tərəfdarlarına səslənən İsa Qəmbər xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, Rəsulzadə irsindən danışıb. O deyib ki, Ukraynada gedən proseslər Azərbaycanda da diqqətlə izlənir və hazırda Kiyevdə yalnız Ukrayna xalqının yox, bütövlükdə postsovet məkanının Avropa hissəsinin, hətta rus xalqının özünün taleyi həll olunur.
Müsavat başqanı qeyd edib ki, Sizli-bizli hamımızı yenidən Moskvanın boyunduruğuna sürükləmək istəyirlər. Ancaq mən əminəm ki, Ukrayna xalqı buna heç vaxt imkan verməyəcək!”
İsa Qəmbər Kiyevdə ABŞ-ın Respublikaçılar Partiyasından senator Con Makkeynlə, Ukrayna müxalifətinin liderlərindən olan UDAR Partiyasının sədri Vitali Kliçko ilə görüşüb.