AsyaDünyaİranXƏBƏRLƏR

Tehran iranlı sərhədçilərin azadlığı üçün Pakistan dövlətinin ciddi addımlar atmasını vurğulayıb

İran İslam Respublikasının prezidenti terrorçuların həbs olunmaları və oğurlanmış iranlı əsgərlərin tez bir zamanda azad edilmələri üçün ciddi və təcili addımların atılmasını istəyib.

İran İslam Respublikasının prezidenti- Həsən Ruhani Pakistanın baş naziri- Məhəmməd Nəvaz Şəriflə telefon əlaqəsində iranlı sərhədçilərin bir aydan çox bir müddətdə İran-Pakistan sərhəd məntəqəsində bir terrorçu qaragüruh tərəfindən oğurlanaraq, Pakistanın daxilinə köçürüldüklərini bildirərək, deyib: İkitərəfli addımlar, ardıcıl izləmələr və müştərək komissiyanın təşkil olunmasına görə, gözlənilirdi ki, bu komissiyanın yaradılmasından sonra oğurlanmış iranlı sərhədçilərin azad edilmələri üçün pakistanlı rəsmilər tərəfindən ciddi addımlar atılacaq.
İran İslam Respublikasının prezidenti bu kimi hadisələrin İran xalqının ümumi fikrində Pakistan dövlətinə qarşı mənfi təsirlər buraxdığını vurğulayaraq, əlavə edib: İran dövləti istəyir ki, iki ölkə və iki dövlət regionda terrorizmlə mübarizə sahəsində geniş həmkarlığa malik olmuş olsun və bu istiqamətdə müştərək sərhədlərdə təhlükəsizliyin təmini üçün Pakistan dövləti ilə hər bir səviyyədə həmkarlıq etməyə hazırdır.
İranın xarici işlər naziri- Məhəmməd Cavad Zərif də BMT-nin baş katibi- Ban Kimoon-a məktub göndərərək, beynəlxalq təşkilatların, xüsusən BMT-nin iranlı sərhədçilərin azadlığa buraxılmaları üçün səy göstərmələrini istəyib.
Zərif ötən bir ildə Pakistanın Pişavər şəhərində İran Konsulluğuna qarşı hücum, həmçinin Yəmən və Livanda iranlı diplomatların oğurlanmaları və öldürülmələrinə işarə edərək, dünya ictimaiyyətinin bu sahədə cavabdeh və sayıq olmasını istəyib.
Terrorçu “Ceyş-ul-Ədl” qaragüruhu fevral ayında İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan ostanının Sərbaz şəhrestanındakı Cəkiqur sərhəd məntəqəsində beş iranlı sərhədçini oğurlayaraq, Pakistana köçürdü.
Bu qaragüruh dörd gün bundan öncə bildirdi ki, oğurlanmış beş iranlı sərhədçidən birini şəhid edibdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu