DünyaXƏBƏRLƏR

Tehranda Bal Festivalı keçirilib

Bal orqanizmin infeksiyaları qarşısında anti-biotik kimi fəaliyyət göstərir və orqanizmin immun sistemində faydalı rolu oynayır.
Tehranda İşraq Mədəniyyət Evi bu məsələni tam dərk edərək vətəndaşların bu sehrli maddənin xüsusiyyətləri ilə daha yaxından tanış olmaları və ondan istifadə etmələri üçün Bal adı ilə festival keçirib.
Bal orqanizmin infeksiyaları qarşısında anti-biotik kimi və orqanizmin müdafiə sistemində önəmli rol oynayır. Bal anti-mikrobial xüsusiyyətə malikdir və bakteriyalarla mübarizədə də önəmli işi yerinə yetirir. Bal A, B1, B2, B3, B5 və C vitaminləri ilə zəngindir və kalsium, fosfor, dəmir, sink, potassium, maqnezium və sairə kimi təbii faydalı maddələri vardır.
Bu festival balın xüsusiyyətləri və faydalarının tanıtdırılması məqsədilə keçirilib.
İşraq Mədəniyyət Evinin direktoru Hamid Süleymaninin sözlərinə görə, bal məhsulları üzrə 20 pavilyon, vilayətlərin sovqatı üzrə 25 pavilyon və uşaqlara aid xüsusi pavilyonlar, eləcə də baldan şirin bölməsində (vilayətlərə aid şirni və sovqat çeşidləri) əl işləri sənayesi, bal arısı muzeyi və arının müalicəsi sexləri bu festivalda yaradılmışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu