İranXƏBƏRLƏR

Tehranda bayramqabağı qar havası

İranda insanların hamısının Novruz bayramına hazırlaşdıqları, alış-verişə çıxdıqları və bayram təmizlikləri etdikləri bir halda ilahi nemət özünəməxsus gözəlliyini yenidən bəxş edib.

Gecədən başlanan qar aramsız olaraq yağmaqda davam edir və Tehran başdan-ayağa ağ örpəyə bürünüb.

Qar insanların Novruz bayramına və yeni günəş ilinin gəlişi ilə bağlı sevincini birə on artırmışdır.

Qarın yağması ilə böyüklər və kiçiklər parklara və təbiətin qoynuna çıxaraq əylənir və bu ilahi nemətə görə Allaha şükür edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu