Tehranda sərnişin avtobusu aşıb, 7 nəfər ölüb, 22 nəfər yaralanıb

İranın paytaxtı Tehranda sərnişin avtobusu aşıb. Hadisə zamanı 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Bunu Tehran şəhər təcili tibbi yardım xidmətinin sözçüsü Məhəmməd Abbasi deyib.

Hadisə bu gün səhər Azadeqan-Həkim xiyabanlarının kəsişməsində baş verib.

Məlumata əsasən, ölənlərdən 6-sı qadın, biri isə kişidir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

↑
Mobil sürümden çık