İranXƏBƏRLƏR

Tehranın bu həftəki cümə namazı

Tehranın cümə namazı xətibi deyib: İranda 11-ci prezident seçkilərində əzəmətli şəkildə iştirak İslam İnqilabı düşmənlərini məyus etdi.

Tehranın bu həftəki cümə namazının xətibi Höccətülislam Kazım Siddiqi İranda 14 iyun 11-ci prezident seçkilərinin möhtəşəm şəkildə keçirilməsinə toxunaraq deyib: İran xalqın builki prezident seçkilərində qəhrəmanlığı praktiki olaraq İran xalqının seçkilərdə əksəriyyətinin iştirak etməməsi ilə bağlı düşmənlərin yalan olduğunu sübuta yetirdi.

“Düşmən mürəkkəb üsullarla və ötən seçkilərdəki fitnə ilə əldə etdiyi nisbi uğurla dezinformasiya ilə xalqın seçkilərdəki iştirakını azaltmağa nail olacağını təsəvvür edirdi. Lakin İran xalqının seçki məntəqələrdə geniş iştirakı düşmənin bütün fəndlərini zərərsizləşdirdi. Belə ki, onların özləri də bu prosesdə İran xalqının qəhrəmancasına iştirakını etiraf etdilər” –deyə Tehranın cümə namazı xətibi söyləyib.

Höccətülislam Siddiqi həmçinin (7 tir) 1981-ci il 28 iyun hadisələri və şəhid Behiştinin şəxsiyyətinə toxunaraq deyib: 7 tir faciəsi İran xalqı və quruluşuna xəsarət vurdu.

Tehranın cümə namazı xətibi həmçinin sələfi və vəhhabilərin Misir şiələrinə, o cümlədən qətlə yetirilmələri ilə nəticələnən şiə alimlərindən Şeyx Həsən Şəhatə və onunla birlikdə olanlara hücumunu pisləyərək bildirib: Barbarlıq və cahilliyi canlandıran bu cinayət islam dünyasına xəbərdarlıq və təhlükə siqnalı idi.

Höccətülislam Siddiqi əlavə edib: Sələfilik beynəlxalq imperializmin yetişdirdi qruplaşmadır. İmperializm kobudluq nümayiş etdirən bu firqəni islamın siması olaraq dünyaya tanıtdırır. Buna görə, insan haqları və BMT belə cinayətlər qarşısında sükut etməməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu