Tehranın cümə namazı xitabətçisi İslam Dünyasında qırğınların davam etməsinin qarşısının alınması üçün sələfilər, vəhhabilər və təkfirilərin kobud təfəkkürlərini aşkarlamağı İslam alimləri və din xadimlərinin vəzifəsi adlandırıb.
Tehranın cümə namazı xitabətçisi- Ayətullah Məhəmməd İmami-Kaşani İslam Dünyası, o sıradan Misirdə sələfiçilik və vəhhabiçilik təfəkkürünün yayılması haqda xəbərdarlıq edərək, deyib: İslam Dünyasının alimləri və din xadimləri öz aydınlıq gətirmələri və lazımi tədbirləri ilə ifratçı və təhlükəli təfəkkürlərin davam etməsinin qarşısını almağa borcludurlar.
Tehranın cümə namazı xitabətçisi Misir və Suriya daxil olmaqla İslam Dünyasının acınacaqlı durumuna işarə edərək, deyib: Son hadisələrdən küfr dünyasını tanımaq və diqqət yetirmək lazımdır ki, İslamın düşməni vardır.
Ayətullah İmami-Kaşani vurğulayıb: Sələfilər və təkfirilərin qırğın və kobudluqlar törətmələrinin başlanması üçüncü əsrin əvvəllərinə qayıdır və ondan sonra ingilislər də özlərinin hegemonçuluq siyasətləri çərçivəsində İslam Dünyasında bu ifratçı təfəkkürü yaymağa səy göstərdilər.
Ayətullah İmami-Kaşani Misirin prezidenti- Məhəmməd Mursinin ordu tərəfindən hakimiyyətdən kənarlaşdırılması ilə bu ölkədə baş verən son hadisələrə işarə edərək, söyləyib: Bu gün dünya xalqları görürlər ki, bir firon gəlir və Misir xalqına xəyanət edir və sonra onu azad edirlər.
Tehranın cümə namazı xitabətçisi həmçinin İranda Vilyate Fəgihin mövcud olmasına işarə edərək, deyib: İrandakı hazırkı dinclik və sabitlik İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinə borcludur və İslam Dünyası bu islami təfəkkürdən istifadə etməli və İranı bu sahədə meyar götürməlidir.
