İranın xarici işlər naziri Suriyada terrorçular tərəfindən kimyəvi silahlardan istifadə olunmasını bir daha pisləyib.
İranın xarici işlər naziri Əli Əkbər Salehi şənbə günü Qazaxıstan xarici işlər naziri Yarlan İdrisova ünvanladığı müraciətdə bir qrup Suriya vətəndaşının ölməsi və yaralanması ilə nəticələnən Suriya hökumətinə müxaliflərin Hələb şəhərində kimyəvi silahlardan istifadə etməsini pisləyib.
Bu müraciətdə bildirilir: İran İslam Respublikası hazırkı dövrdə kimyəvi silahların ən böyük qurbanıdır. Qazaxıstan xarici işlər nazirindən istənilir ki, Suriyada anti-bəşəri cinayəti pisləməklə yanaşı belə hərəkətin təkrarlanmasının qarşısını almaq üçün heç bir addımı əsirgəməsin.
Bu müraciətdə yaxın gələcəkdə kimyəvi silahların qadağası konvensiyasına yenidən baxış üzrə 3-cü konfransın keçirilməsinə toxunularaq üzvlər tərəfindən konvensiyanın bütün qanun-qaydalarını heç bir ayrı-seçkilik olmadan tam şəkildə icrasının zəruriliyi vurğulanıb.

