
Yəzd ostanının Ərdəkan şüşəqayırma zavodu bu gün İran İslam Respublikası prezidentinin iştirakı ilə istifadəyə verilib.
İranın mərkəzində yerləşən Yəzd ostanının Ərdəkan şüşəqayırma zavodu 19 millimetrlik xüsusi şüşələrin istehsalı baxımından ABŞ və Çindən sonra dünyada öz növbəsində 3-cü zavod hesab olunur.
Bu zavodda istehsalın sınaq mərhələsinə günəş təqvimi ilə ilin əvvəllərində başlandı.
Hazırda isə onun istehsalatı bina və sənaye şüşələri, avtomobil şüşələri, ayna, sınmaz şüşələr, refleksli şüşələr, ikilaylı şüşələrə şamil olaraq daxili və xarici bazarlara təqdim olunur.
Dünyanın 14 ölkəsi, o cümlədən Türkiyə, Hindistan, Braziliya, Fars körfəzi ətrafında yerləşən ölkələr, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri Ərdəkan şüşəqayırma zavodunun ixracatı üçün məqsəd bazarlar hesab olunurlar.
Bu zavod barəsində diqqəti cəlb edən məsələlərdən biri budur ki, həmin zavodda düzəldilmiş kürə dünyada 4-cü yeri tutur.