
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livan ərazisinə istənilən hücumun mənfi nəticələri haqda sionist İsrail rejiminə xəbərdarlıq edib.
“Hava limanları, dəniz limanları və elektrik stansiyalarınız bizim hədəfimizdədir. İsraili qaranlığa bürümək üçün yalnız bir neçə raket lazımdır.” – deyə Nəsrulla bildirib.
Səhər kanalı internet portalının məlumatına görə, Seyid Həsən Nəsrullah müqavimətin şəhid liderlərinin xatirəsini anma məqsədilə keçirilən mərasimdə deyib: Biz bu şəhidlərdən ilham alırıq və müqavimət adamı olaraq qalacağıq. Bu şəhid öndərlər müqavimətin bütün mərhələlərinin şahidi olublar və bu günə kimi belə olub.
Çıxışı birbaşa olaraq əl-Minar telekanalı vasitəsilə yayımlanan Nəsrulla daha sonra dedi: Livanda müqavimət bütün qrupları o cümlədən Hizbullah ilə Fələstin və Fələstin xalqının müdafiəçisidir və əgər 1982-ci ildə Amerikan-İsrail planı gerçəkləşmiş olsaydı, şübhəsiz Fələstin torpaqlarının hər bir qarışı yağmalanardı.
Livan Hizbullahının baş katibi sözlərinin davamında Livanın Yenidənqurma Qərargahının sədri Həsən Şaterinin şəhid olması münasibətilə Livan xalqı və şəhidin ailəsinə başsağlığı verib və deyib: Biz Livanda və Fələstində müqavimətin himayə edilməsində rolu olan hər kəsə təşəkkür edirik. Xüsusilə də İran İslam Respublikası və Suriyaya. Və bu münasibətlə mühəndis Hüsam Xoşnevisin(Livanda bu adla tanınırdı) şəhid olması münasibətilə başsağlığı verirəm.