AsyaXƏBƏRLƏR

Pakistanın Kvetta şəhərində partlayış

Pakistanın Kvetta şəhərində şiə sakinli məhəllədə yerləşən bir bazarda baş vermiş partlayışda 79 nəfər həlak olub, 200 nəfər isə yaralanıb.
Bu bomba Kvetta şəhərində bir tərəvəz bazarı qarşısında park edilmiş motosikletə yerləşdirilibmiş.
Pakistan polisinin zabiti Vəzir Xan Nəsir Frans Press ilə müsahibədə deyib: Bu terror aktı şiələri hədəf alıb.
Hadisə qurbanları əsasən qadınlar və uşaqlar olublar.
Kvetta Pakistanın Bəluçestan vilayətinin mərkəzidir.
Ötən ay da bu məntəqədə 2 partlayış baş vermişdi ki, nəticədə 110 nəfər həlak olmuşdu.
Həmçinin, ötən il Pakistan şiələri üçün ən qanlı il olub. Belə ki, ötən il terror hücumlarından 400-dən çox pakistanlı şiə həyatını itirmişdi.
Pakistanda şiələr əhalinin ümumi sayının 20%-in təşkil edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu