AsyaDünyaİranXƏBƏRLƏR

İslami İran, bəşəriyyət aləminin xilasedicisinin mövludunda şənlik edir

Həzrət Qaim Ali-Məhəmmədin (əc) səadətli viladətinin ildönümü günündə İslami İran şənlik və şadyanalıq edir.

Bu gün 15 şəban 1435-ci hicri qəməri ili, 13 iyun 2014-cü il dünya şiələrinin 12-ci imamı Həzrət İmam Mehdinin (əc) səadətli viladətinin ildönümü günüdür.

Şəban ayının başlanması ilə meydanları, küçələri çıraqlarla bəzəyən zühur intizarçıları bu böyük günün gəlib çatması üçün saniyələri sayırdılar. Bu gün şənlik mərasimləri keçirməklə Sahibəzzaman Həzrət Mehdinin (əc) mübarək hüzuruna öz məhəbbətlərini bildirirlər.

Həzrət Mehdinin (əc) vurğunları bu gündə şəbaniyyə minacatları və digər sifariş olunmuş dua və ziyarətləri oxuyaraq bu mübarək gündə Allah-taalanın dərgahında göz yaşı axıdır və Həzrət Vəliyyi-Əsrin (əc) zühurunu tezləşdirməsini diləyirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu