İraqın əl-Ənbər vilayətində müxalifət cəbhəsinə qoşulan terrorçular ötən gecə 15 iraqlı girovu edam ediblər.
Nəhreyn internet portalının məlumatına görə, İraqın hərbi rəsmilərindən biri deyib: Əl-Ənbar vilayətindəki terrorçular ötən gecə 15 nəfəri oğurlayaraq, edam ediblər. Edam olunmuş girovların sivil və ya hərbçi olmaları haqda isə terrorçular tərəfindən heç bir açıqlama verilməyib.
Xatırladaq ki, ötən 48 saat ərzində əl-Ənbar vilayətində 12 əsgər və polis əməkdaşı oğurlanıb. Kərbəla şəhərində də 3 sivilin girov götürüldüyü bildirilir.
Bu 15 girov əl-Ənbar vilayətindəki aksiyaçıların liderlərindən olan Əli Hatəm Süleymanın İraq ordusunu təhdid etməsinin ardınca edam edilib.
Əli Hatəm Süleyman İraq ordusuna xəbərdarlıq etmişdi ki, 24 saat ərzində bu vilayətdən geri çəkilməzsə, qırğına məruz qalacaq.
Deyilənlərə görə bütün bu təhrik edici hərəkətlərdə Ərəbistan, Qətər və Türkiyə birbaşa rola malikdirlər. Belə ki, bu ölkələr İraqı parçalamaq məqsədilə etnik və məzhəbi hissləri təhrik etmək ardıncadırlar.