Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Bəhreyndə etirazçıları yatırtmaqda davam edirlər.
Bəhreynlilər bu ölkədə insan haqlarının pozulması və repressiya siyasətinin həyata keçirilməsinə görə, qeyd olunan yarışların keçirilməsini münasib bilməyib, onun ləğvini istəyərək, bu yarışların başqa bir ölkədə keçirilməsini tələb edirlər.
Etirazçılar deyirlər ki, Ali-Xəlifə rejimi bu cür yarışlar keçirməklə ölkədə durumun adi olduğunu göstərməyə çalışır. Etirazçılara divan tutulmasına 2011-ci ildən başlanılıb və o zamandan bəri onlarla nəfər Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Etirazçılar Ali-Xəlifə rejiminin devrilməsini istəyirlər. Bu rejim Ali-Səudun dəstəyinə malik olaraq, indiyədək onlarla etirazçını məhbəsə salıbdır.