İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bu təşkilatın ötən il Fələstinə qeyri-üzv müşahidəçi ölkə statusunun verilməsi barədəki qərarına işarə edərək, Qoşulmayanlar hərəkatının Fələstin xalqı və dövlətinə beynəlxalq arenadakı həqiqi mövqeyinə qovuşmasıında dəstək verdiyini və bu ölkənin BMT-yə tam hüquqlu üzv kimi qəbul edilməsini istədiyini bildirib.
İranın BMT-dəki səfiri və nümayəndəliyinin müavini BMT Baş Assambleyasının Milli və Beynəlxalq səviyyədə qanun hakimiyyəti mövzusunda keçirilən 6-cı komitə iclasında ölkələrin bərabərlik hüququna və qərarların qəbul edilməsindəki iştirak haqqına işarə edərək, beynəlxalq əlaqələrdə gücdən istifadənin qadağan edilməsi prinsipinin əsas götürülərək, sülh və təhlükəsizliyin təmin edilməsi, iqtisadi vəictimai inkişaf və insan haqlrının genişləndirilməsinin önəminə təkid edib.
O, dünya ölkələrinə xitabən demokratik quruluşlar və qanuni dövlətlərin gərginliyə sürüklənməsinin qınağa tuş gəlməli olduğunu da xatırladbı.