DünyaXƏBƏRLƏR

Terrorçular Suriyada neft yataqları üstündə toqquşublar

Suriya İnsan Haqları Gözətçisi Qrupu terrorçuların bu ölkənin şərqində yerləşən neft yataqları üstündə bir-birləri ilə silahlı toqquşmalarından xəbər verib.

Beyrutda yayımlanan ingilis dilli Daily Star qəzetinin yazdığına görə Suriya İnsan Haqları Qrupu, İraq və Şam İslam Dövləti adlı terrorçu dəstənin terrorçuları və başqa terror qrupları üzvlərinin Deyrəl-Zurdakı Cəfra neft yatağı və Konoko qaz yatağına yiyələnmək üzrə bu gün cüməgünkü silahı toqquşmalarına işarə edərək, bu toqquşmalarda hər iki tərəfdən çoxlu sayda terrorçunun öldüyünü bildirib.

Həmçinin bir neçə neft yatağına nəzarət etmə qabiliyyətinə malik olan Bəsira strateji məntəqəsinə yiyələnmək üstündə də Əl-Nosrə və İraq və Şam İslam Dövləti terror dəstəsinin terrorçuları arasında şiddətli toqquşmalar baş verib və bir çox terrorçu öldürülüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu