Əmirliklərin “The National” qəzeti Husilərin Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemini yormaq və ələkeçirici raketlərini tükətmək məqsədilə hər gecə bir ballistik raket buraxmaq taktikasını tətbiq etdiyini yazıb. Qəzet bu strategiyanın İrandan ilhamlandığını bildirib.
Qəzetin məlumatına görə, Ər-Riyaddakı həyati əhəmiyyətli obyektlərə qarşı təhdidlərin davam etməsi Səudiyyə hava hücumundan müdafiə sisteminə daimi təzyiq göstərir.





