AsyaAvropaDünyaXƏBƏRLƏR

“Transneft” neftinin daşınma tarifini bahalaşdırıb

Rusiyanın “Transneft” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə yeni müqavilə bağlayaraq Azərbaycan neftini Bakı-Novorossiysk boru xətti ilə nəqlini iki qat bahalaşdırıb.

ARDNŞ-in Marketinq və investisiyalar üzrə vitse-prezident Elşad Nəsirov deyib ki, 2014-cü ildə Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə 1-1,5 milyon ton neft daşımaq niyyətindədir.
Neft məsələləri üzrə ekspert İlham Şaban qeyd edib ki, “Transneft” fevralın 14-də əvvəlki müqaviləyə xitam verib, amma 3 gün ərzində şirkətlər hər iki tərəfi qane edəcək razılığa gələ biliblər: “Əvvəlki tarif 1 ton üçün 15,67 dollar idi. Rusiya ərazisində Azərbaycan neftinin daşınması üçün tarif 16 il ərzində dəyişməz qalmışdı. “Transneft” tarifin iki dəfə artırılmasının istəyirdi. Buna cavab olaraq Azərbaycan keyfiyyət bankı tələbi irəli sürürdü. Rusiya isə ARDNŞ-nin kəmərə 5 milyon ton neft vurması şərti qoyurdu.” Səhər kanalının rəsmi saytının redaksiyasına çatan xəbərə əsasən, ekspert deyib : “Çox güman ki, Azərbaycan keyfiyyət bankı tələbini geri götürüb, “Transneft” də həcm məsələsini gündəlikdən çıxarıb. Beləliklə, tərəflər Azərbaycan neftinin təqribən 30 dollardan daşınmasına razılaşıblar. Bu tarif ARDNŞ-ni qane edir, çünki Bakı-Tbilisi-Ceyhan xəttindəki daşımadan ucuzdur”.
Rəsmi Bakı bir halda Rusiyanın bu tələbinə boyun əyib ki, bundan əvvəl hökumət rəsmiləri BTC xəttinin işə düşməsi ilə neft daşımasında müstəqil olacaqlarını bildirirdilər. BTC xəttinin işə düşməsi isə rəsmi Bakını sionist rejimə neft satmaqda asılı vəziyyətə salıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu