
On minlərlə tunisli şənbə günü islamçıların hökumətini himayə məqsədilə keçirilən aksiyada iştirak edib.
Səhər kanalı internet portalının məlumatına görə, Ərəb inqilablarının beşiyi sayılan Tunis müxalifət liderlərindən olan Şükri Bəlidin terror edilməsinin ardınca siyasi böhrana düçar olub. Amma, baş nazirin təklifinə reaksiya olaraq, on minlərlə tunisli və islamçı əl-Nehzə partiyasının tərəfdarları küçələrə axışaraq, islamçıların hakimiyyətini qanuni elan və onu himayə edib. Aksiya iştirakçıları “Xalq əl-Nehzəni istəyir” , “Hökumətdən əl çəkməyəcəyik” və ” Şəhidlərin qanına vəfadarıq” şüarları səsləndiriblər.