Pakistanın Gilgit şəhərində Məhərrəm matəmi tutan şiə müsəlmanların təhlükəsizliyini sünni müsəlman könüllülər təmin edəcək. Hər iki tərəfin nümayəndələri Məhərrəm ayında sülhü qorumaq üçün and içdi.
Gilgit’in sünni sakinləri Məhərrəm ayı mərasimləri zamanı vadidə ediləcək olan matəm alayına yoldaşlıq etmək üçün könüllü olduqlarını açıqladı.
Yaxın keçmişdə yaşanan məzhəb toqquşmalardan narahat olan bölgə üçün bu addım, Vəhdət ruhunun təsisi adına əhəmiyyətli bir inkişaf olaraq qiymətləndirilir.
Gilgit sakinlərindən Sünni Şah Raees, şiə böyükləri və polis rəsmilərinin qatıldığı Məhərrəm ayı təhlükəsizlik konfransında çıxış edərək, “Bunu etməliyik və edəcəyik. Şiə Müsəlmanlar sülh bir şəkildə öz rituallarında yerinə yetirərkən biz qardaşlarımızı qorumaq üçün orada olacağıq “dedi.
