Ərəb və Afrika ölkələrinin xarici işlər nazirləri İsrail rejiminin Fələstin ərazilərindəki işğalçılığına son qoymağın vacibliyinə dair öz dəyişməz mövqelərini vurğulayıblar.
ərəb və Afrika ölkələrinin xarici işlər nazirləri bir bəyanatı tənzimləyiblər. Bəyanatda Fələstin məsələsi barəsində yekdilliyin vacibliyi, İsrail rejiminin Fələstin ərazilərindəki işğalçılığına son qoyulmasının zəruriliyi barəsində razılıq əldə olunub.
Bu bəyanatın ilkin mətni belədir: Çərşənbə axşamı və çərşənbə günlərində Küveytdə keçiriləcək ərəb və Afrika ölkələrinin dövlət başçılarının 3-cü iclasına təqdim olunur ki, bu ilkin mətn yekun bəyanat olaraq verilsin.
Bu bəyanatın ilkin mətnində Fələstin ərazilərində İsrailin işğalçılığına son qoyulması, 1968-ci il sərhədlərində Qüdsün paytaxtlığı ilə Fələstin dövlətinin təşkil olunmasının vacibliyi, eləcə də Fələstin didərginləri üçün ədalətli və tam həll yolunun təqdim olunması vurğulanıb.
Ərəb və Afrika ölkələrinin məsul şəxsləri bu bəyanatın ilkin mətnində həmçinin bütün fələstinli və ərəb məhbuslarının işğalçı İsrail rejim həbsxanalarından heç bir şərt olmadan dərhal azad edilməsini vurğulayıblar.