DünyaXƏBƏRLƏR

Tunisdə “Şəriət Müdafiəçiləri” polis ilə toqquşdu

Tunisdə “Şəriət Müdafiəçiləri” adlı vəhhabi qruplaşmanın tərəfdarlarından olan yüzlərlə nəfər paytaxtda təhlükəsizlik qüvvələri ilə toqquşub.

Tunisin təhlükəsizlik rəsmiləri bildirirlər ki, toqquşmalar bazar günü İltizamin şəhərində baş verib.
Şəriət Müdafiəçiləri öz tərəfdarlarından istəyib ki, illik toplantı keçirmək məqsədilə İltizamin şəhərinə toplaşsınlar.

Tunis hökuməti isə dünən Qeyruvan şəhərində Şəriət Müdafiəçiləri qrupunun illik seminarının keçirilməsini qadağan edib.

İslamçı əl-Nehzət partiyasının lideri olan Raşid əl-Ğənuşi Tunis hökumətinin vəhhabi Şəriət Müdafiəçiləri qrupunun illik toplantısının keçirilməsinə icazə verməyəcəyi haqda xəbərdarlıq edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu