
İraqda Əl-Qaidə-yə bağlı olan terrorçu qruplaşma dünən İraq paytaxtı Bağdad şəhərində baş vermiş partlayışların məsuliyyətini üzərinə götürüb.
Səhər Telekanalı Saytının verdiyi məlumata görə Əl-Qaidəyə bağlı olan “İraq İslami Dövlət” adlı terror təşkilatı dünən Bağdadda baş vermiş partlayışların məsuliyyətini üzərinə götürüb.
Dünən İraq paytaxtı Bağdad şəhərinin şərq və şimalında baş vermiş terror partlayışlarında 53 nəfər dünyasını dəyişib, 82 nəfər isə yaralanıb.
