
Tehranın cümə namazı xətibi İran İslam Respublikasının inkişafını Qərb ölkələrinin İran ilə düşmənçiliyinin başlıca səbəbi adlandırıb.
Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani bu gün Tehranın cümə namazı xütbələrində Qərb ölkələrinin İrana qarşı məntiqdən uzaq sanksiyalarının artmasına işarə edərək, deyib: Sanksiyalar üçün bəhanə olaraq İranın nüvə fəaliyyətləri göstərilir. Amma, onların əsas məqsədləri xalqı İslam Quruluşu ilə qarşı-qarşıya qoymaqdır.
Tehranın cümə namazı xətibi daha sonra deyib: Düşmənlərin təsəvvürlərinin əksinə olaraq, İran xalqı İslam İnqilabının 34-cü ildönümündə 22 Bəhmən yürüşlərində öz əzəmətli iştirakı ilə sübut etdi ki, İran İslam Respublikası quruluşu və onun ideyalarına sadiqdir.
Ayətullah Müvəhhidi Kermani həmçinin, Xübrəqan Məclisi üzvlərinin cümə axşamı İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ilə görüşlərinə işarə edərək, o həzrətin xalqın seçkilərdə geniş formada iştirak etməli olduqları haqdakı bəyanatlarını xüsusi önə çəkiblər.
Tehranın müvəqqəti imam cüməsi ölkədə mövcud olan bəzi iqtisadi problemlərə işarə edərək, deyib: Bu çətinliklərin bir hissəsi sanksiyalara, digər hissəsi isə idarəçiliyə qayıdır ki, xalq və ölkə rəhbərliyinin birgə səyləri ilə öz həllini tapacaq.
Ayətullah Müvəhhidi Kermani daha sonra Pakistanda şiələrə qarşı qanlı terrorların davam etməsini qınayaraq, bu kimi cinayətlərə dərhal son qoyulmasını istəyib.
Tehranın cümə namazı xətibi namazın birinci xütbəsində də insanlaraı təqvaya dəvət edərək, deyib: Təqva həmişə insana lazımdır və təqva olarsa insan təhlükələrdən sığortalanmış olar.