DünyaXƏBƏRLƏR

Şəhid Bakirilərin xatirəsi anıldı

Şəhid Bakirilərin xatirəsi Sepah komandanları, silahdaşları, şəhid ailələri və müxtəlif təbəqədən olan insanların iştirakı ilə cümə axşamı günü keçirilən mərasimdə anıldı.
Bu mərasimdə Sepah-ın baş komandan müavini Sərdar Səlami çıxış edərək, şəhid Bakirilərin hərbi istedada malik olmaqla yanaşı, İlahi sünnətdən də agah olduqlarını deyib.
“Mən dünya müharibələrinin məşhur sərkərdələri haqda bir çox mütaliə etmişəm. Amma, onların şəhid Bakirilər ilə fasiləsi yerdən göyə qədərdir.” – deyə Sərdar Səlami bildirib.
O, əlavə edib: Siz elə bir tanınmış general tapa bilməzsiniz ki, ön cəbhədən onlarla kilometr önə çıxmış və ya döyüş meydanında həlak olmuş olsun.
Səlami çıxışının davamında deyib: Bu necə nurdur ki, bir komandirin zehnini bu qədər işıqlandırır və ona öz qoşunlarını 15 kilometr uzunluğu olan bir bataqlıqdan keçirdərək, düşmənə qələbə çalmaqda kömək edir? Bu iman həqiqətindən başqa bir şey deyil.
Sepah-ın baş komandan müavini əlavə edib: Ordu komandanı olduğu halda əsgərlərin paltarlarını və qablarını yuması bu şəhidin nə qədər böyük bir şəxsiyyət olduğunu önə çəkir. O şəhid ki, hamıdan tez meydana daxil olar və hamıdan gec qayıdardı.
Səlami bu kimi insanları əfsanə adlandırıb və deyib: Nə qədər ki, belə insanlar var, dünyanın super gücləri belə bu diyarın bir qarış torpağını işğal edə bilməzlər.

Şəhid Mehdi Bakiri

mehdi bakiri

Mehdi Bakiri 1333-ci günəş ilində Qərbi Azərbaycanın Myandab şəhərində anadan olub. Hələ uşaqlıq vaxtlarında anasını itirir. İbtidai və orta təhsilini Urmiya şəhərində başa vurur. Orta təhsilinin sonuncu ilində qardaşı Əlinin SAVAK tərəfindən şəhid edilməsinin ardınca ölkədə cərəyan edən siyasi proseslərə qoşulur. Orta məktəbi bitirdikdən sonra Mexanika Mühəndisliyi fakültəsində təhsilini davam etdirir. Bunun ardınca Təbrizdə siyasi mübarizəyə başlayır. Bir müddət sonra kiçik qardaşı Həmid digər mübarizlər ilə əlaqələndirici olaraq, xaricə səfər edir. Mehdi, İmam Xomeyni(r.ə)-in fərmanı əsasında əsgərlikdən yayınaraq, İslam İnqilabı qələbə çalana kimi məxfi həyat sürməyə başlayır. İslam İnqilabının qələbə çalmasından və Sepah-ın yaradılmasından sonra, Sepah-a qoşulur. O, Sepah-ın təşkilatlandırılması və onun quruculuğunda aktiv rol oynayır.
Bir müddət İnqilab Məhkəməsinin prokuroru vəzifəsində çalışır. Eyni zamanda Urmiya şəhərinin meri təyin edilir.
İraqın İrana hücum etməsinin ardınca müharibənin başlanması ilə ailə qurur və nikahdan bir gün sonra cəbhəyə ezam olur. Uzun illər cəbhədə böyük səylər həyata keçirir və müxtəlif əməliyyatlarda iştirak edir. O, həmişə mənəvi nüfuza malik olan böyük sərkərdələrdən olub. Fəthül-Mübin əməliyyatında Nəcəf-Əşrəf batalyonunun komandan müavini idi. Beytül-Müqəddəs Əməliyyatında Bakiri bel nahiyəsindən yaralanır.
Ramazan əməliyyatında Aşura Batalyonunun komandanı olaraq İraqa daxil olur və yenidən yaralanır.
Müslüm bin Əqil əməliyyatında Aşura Dviziyasının komandanlığı Bakiriyə tapşırıldı.
Bakiri Vəlfəcr, Vəlfəcr-1, Vəlfəcr-2, Vəlfəcr-3 və Vəlfəcr-4 əməliyyatlarında da iştirak edir.
Xeybər əməliyyatında qardaşı Həmid Bakiri şəhid olur.
İmam Xomeyni(r.ə) ilə sonuncu görüşündə o həzrətdən ona dua etməsini və şəhadət arzu etdi.
Mehdi Bakeri 15 gün sonra 1363-cü günəş ili Esfənd ayında Bədr əməliyyatında şəhid olur.

 

Şəhid Həmid Bakiri

hemid bakiri

Həmid Bakiri 1333-cü günəş ilində dünyaya göz açır. Hərbi xidməti başa vurduqdan sonra universitetə daxil olur. Tələbə olduğu dövrdə inqilabçı və məzhəbi fəaliyyətlərini genişləndirir. O, etiqadını möhkəmləndirmək və İranda onun üçün yaranmış problemləri nəzərə alaraq, ölkəni tərk etmək qərarına gəlir. İlk öncə Türkiyəyə gedən Bakiri daha sonra bu ölkə universitetlərindəki vəziyyəti nəzərə alaraq, Almaniyada yaşayan dayısı oğlu ilə yazışmağa başlayır. Nəhayət, Axen şəhəri Həmidi qəbul etməyə hazırlığını bildirir. Bir müddət sonra İmam Xomeyni(r.ə)-in Parisə sürgün edildiyini eşidir. Belə olduqda İmamın söhbətlərini vasitəsiz olaraq dinləmək qərarına gəlir. O, yavaş-yavaş silah gəzdirməyə başlayır və silahları İran və Türkiyə sərhədlərinə kimi gətirməyə başlayır. Oradan sonra isə işləri qardaşı Mehdi Bakiri öz öhdəsinə götürürmüş.
Həmid İslam İnqilabının qələbə çalmasına kömək etmək üçün İrana qayıdır və etiraz aksiyalarında iştirak edir. Nəhayət İnqilab qələbə çalır. İslam İnqilabının qələbə çalmasından sonra Həmid Sepah-a qoşulur. Bir müddət sonra isə İmamın bəsic qüvvələrinin təşkil edilməsi ilə bağlı fərmanının ardınca Qərbi Azərbaycan vilayəti üzrə bəsic qüvvələrinin başçısı təyin edilir. Onun həyat yoldaşı da qadın bəsicilər üzrə məsul şəxs kimi fəaliyyət göstərir.
Cümə namazlarının birində Həzrət Ayətullahülüzma Xamenei Sənəndəcin əks-inqilabçılar və demokratlardan təmizlənməsi haqda göstəriş verir. Həmid Bakiri Sepah üzvlərindən 150 nəfərlə Sənəndəcə yola düşür.
Sənəndəc və Məhabad azad edilir. Növbə abadlıq işlərinə gəlmişdi. Həmid Cihad Proqramı Komitəsinin sədri seçilir və quruculuq işlərinə başlamaq istəyir. Buna görə də ailəsini Əhvaza aparır. Əməliyyatlar başlayır. Həmid bir çox əməliyyatda iştirak edir. Həmid bir çox əməliyyatda iştirak edir. O cümlədən Fəthül-Mübin, Beytül-Müqəddəs, Ramazan, Vəlfəcr və Vəlfəcr-4 əməliyyatlarına iştirak edir.
Amma, Həmidin iştirak etdiyi sonuncu əməliyyat “Xeybər” əməliyyatı idi. Mehdi Həmidə zəng edir və ona cəbhədə olması haqda göstəriş verir.
Həmid də ailəsi ilə xudahafizləşərək, cəbhəyə yola düşür. Hacı Mehdi müavinlərini hamıya təqdim edir. Birincisi Həmid Bakiri, ikincisi isə Murtuza Yağçıyan. Həmid Bakiri Məcnun Adası körpüsünü müdafiə edərkən şəhid olur.
Bu iki Azərbaycanlı balası İran tarixinin unudulmaz şəhidləri və sərkərdələri olaraq həmişə xatirələrdə yaşayacaqlar. Onlar vətən torpağını müdafiə yolunda şəhid oldular. Onlar bu yolda hər şeylərindən, hətta ailələrindən belə keçdilər. Onlar, İmam Hüseyn(ə) məktəbinin layiqli şagirdləri olduqlarını sübut etdilər. 

 

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu