Türkiyə KİV-i bu ölkə polisinin İstanbul, Ankara, Batman və Manisada etirazçıları həbs etmək üçün geniş əməliyyata başladığından xəbər verib.
Türkiyə polisi bu gün cümə 4 vilayətdə müxtəlif məkanlara hücum edərək, etirazçıları həbs edib.
Bu əməliyyatlar son etiraz aksiyalarında aktiv rol oynayan insanları həbs etmək üçün olub.
Polisin bu əməliyyatlar zamanı 15 nəfəri saxladığı bildirilir.
Türkiyənin Daxili İşlər Nazirliyi bildirmişdi ki, ötən bir ay ərzində hökumət əleyhinə aksiyalarda 2.5 milyon adam iştirak edib.
İndiyə kimi etiraz aksiyalarında iştiraka görə 4900 nəfər həbs edilib.