İraq Qanun hökuməti fraksiyasının sədri ölkə parlamentində çıxış edərək, Ərəbistan, Türkiyə və Qətəri İraqda fitnəkarlıqları həyata keçirməkdə ittihamlandırıb.
Livanın Əl-Məyadin Telekanalının verdiyi məlumata əsasən, İraq parlamenti Qanun hökuməti fraksiyası sədri Şeyx Xalid Əl-Ətiyə bildirib ki, Türkiyə, Qətər və Ərəbistan birbaşa İraqda fitnələrin həyata keçirməsində rola mailikdirlər. Bu arada Ərəbistanın İraq dəyişiklikləri qarşısındakı siyasətləri tayfaçılıq motivlərinə əsaslanır.
Şeyx Xalid Əl-Ətiyə həmçinin Türkiyənin İraqın Kürdüstan məntəqəsindən neft almasına toxunaraq təkidlə bildirib ki, İraqdakı neft sərvətləri bütün ölkə vətəndaşlarına aiddir və onun satılması isə mərkəzi hökumətin öhdəliklərindən sayılır.
İraq parlamentinin Qanun hökuməti fraksiyası sədri həmçinin ölkədə 30 apreldə keçirilməsi qərara alınan seçkilərə gəldikdə, bu seçkilərin ölkədə real dəyişikliklərin baş verməsinə gətirib çıxarcağını və çoxlu partiyaların iştirakı ilə hökumətin bərqərar edilməsinə gətirib çıxaracağını arzulayıb.
İraq parlament seçkiləri 2014 il 30 apreldə keçiriləcək. Seçkilərə 70 min daxili nəzarətçidən əlavə 1400 xarici nəzarətçi də səs vermə prosesi və səslərin sayılmasına nəzarət edəcəklər.
