
Tehranın Cümə Namazı Xitabətçsi Suriya və İraqda beynəlxalq imperializmin fitnəkar planları haqda xəbərdarlıq edib.
Tehranın Cümə Namazı Xitabətçisi Ayətullah Seyid Əhməd Xatəmi sonra deyib: “ Beynəlxalq İmperializm Suriya və İraqa xüsusi tamahkarlıq gözü ilə baxır. Hal-hazırda Suriya ön cəbhədədir.
İmperializmin İraq və Suriyadakı davamlı cinayətlərinə toxunan Ayətullah Seyid Əhməd Xatəmi sonra deyib: “ Suriyada terrorçulara kimyəvi bombalar veriblər ki, onlar bu bombalardan istifadə edərək, onlarla mülkinin qırğın edilməsi və yaralanmasına səbəb oldular. Bu cinayətdə üç müttəhim əsas rola malikdir.”
Amerika , İngiltərə və sionist rejimin bu cinayətdəki birinci dərəcəli müttəhimlər olduğunu bildirən Tehranın Cümə Namazı Xitabətçisi sonra deyib: “ Dünən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei sionistlərin cavabını verdilər və buyurdular ki, əgər sionistlər İrana qarşı yanlış hərəkət həyata keçirmək istəsələr, Təl-əviv və Hayfanı yerlə yeksan edəcəyik”.
Öz söhbətinin davamında İslam İnqilabının Böyük Rəhbərinin Novruz Müraciətləri haqda danışan Ayətullah Seyid Əhməd Xatəmi sonra deyib: “ İslam İnqilabının Böyük Rəhbəri 1392-ci hicri şəmsi ilini “ Siyasi və İqtisadi Qəhrəmanlıq” ili adlandırdılar. Çünki İran xalqı xordad ayında İranın prezident seçkilərində əzəmətli iştirakla olduqca böyük qəhrəmanlığa imza atacaq”.
Tehranın Cümə Namazı Xitabətçisi Həzrət Fatemeye-Zəhra(s)-nın şəhadətinin ildönümü günləri Əyyame-Fatemiyyə-yə hörmət edilməsinin hamı üçün zəruri olduğunu bildirib.
