
İraqın yüksək səviyyəli bir təhlükəsizlik rəsmisi bəzi region ölkələrinin əl-Qaidə terrorçularının İraq zindanlarından çıxarılması ilə bağlı plan hazırladıqlarından xəbər verib.
Əl-Nəxil xəbər agentliyinin məlumatına görə, Türkiyə və Qətər əl-Qaidə terror təşkilatının və bəzi iraqlı siyasətçilərin əməkdaşlığı ilə əl-Qaidə terrorçularını İraq zindanlarından çıxardaraq, onlardan İraqın qərb vilayətlərində iğtişaşlar törətmək üçün istifadə etməyə çalışırlar. Türkiyə və Qətər bu yolla İraqı siyasi böhrana və sonda daxili müharibəyə sürükləmək istəyirlər.

