Ölkə prezidenti- Doktor Mahmud Əhmədinejadın iştirakı ilə Tehrandakı Olimpiya otelində keçirilən 5-ci Həzrəti Əli Əkbər(ə) Milli Şənliyində müxtəlif sahələrdə üstün sayılan 50 gəncin zəhməti yüksək dəyərləndirilib və onlara şənliyin təqdir lövhəsi təqdim olunub.
Həmçinin bu mərasimdə cənab Əhmədinejad London Paraolimpiya oyunlarında medal qazanmış Zəhra Nemətini və xidmət zamanı bir ailəni xilas edərkən öz həyatını itirmiş Ümid Abbasinin ailəsini mükafatlandırıb.
Ölkə prezidenti Həzrəti Əli Əkbər(ə) Milli Şənliyinin yekun mərasimində deyib: 30 milyon iranlı gəncin olmasına əsasən, bu gün İran xalqı üçün hələ yolun əvvəlidir və ölkəmizin gəncləri İranın adını dünyanın qülləsində yerləşdirəcəklər.