AsyaXƏBƏRLƏR

Türkmənistan prezidenti Qədr gecəsində mindən çox məhbusu əfv edib

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Qədr gecəsi münasibəti ilə 1166 məhbusu əfv edib.

Türkmənistanın rəsmi qəzeti Nutralni Türkmənistan Berdiməhəmmədova istinadən yazıb: Bu qərar Türkmənistan ictimaiyyətinin vəhdətini möhkəmlətmək üçün Qədr gecəsi münasibəti ilə əfv və insanlıq prinsiplərinə əsasən çıxarılıb.

Berdiməhəmmədov Nazirlər Kabinetinin iclasında bildirib ki, yanlış yolu seçən şəxslərə yenidən fürsət vermək istəyir. Beləliklə onlar şərafətli işlər görməklə və ölkənin inkişafında aktiv iştirakla öz yanlışlıqlarının əvəzini çıxsınlar.

Türkmənistan prezidenti 2012-ci ildə 6 mindən çox məhbusu xüsusilə də böyük islam bayramları münasibəti ilə əfv etmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu