ABŞ dövlət katibinin müavini və İran İslam Respublikası ilə 5+1 qrupu arasındakı nüvə müzakirələrində Amerikanın müzakirəçi heyətinin başçısı deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son hesabatları təsdiqləyir ki, İran öz öhdəliklərini yerinə yetirmişdir. Bu xəbər çox ümidvericidir.
ABŞ dövlət katibinin müavini Uendi Şerman İranla 5+1 qrupu arasındakı nüvə müzakirələrinin nailiyyətləri barəsində Aspen müəssisəsi ilə müsahibədə bildirib: Müzakirələr çox mürəkkəb və çətindir. Lakin tərəflər arasında etimadın yaradılması və İranın hüququnun təmin olunması istiqamətində müsbət prosesi keçmişik.
ABŞ dövlət katibinin müavini əlavə edib: İranla çox səmərəli, mühüm və professional iki tur müzakirəni arxada qoyduq və hazırda çox həssas mərhələlərə yaxınlaşırıq.
Şerman deyib: 5+1 qrupuna üzv ölkələr bütün səylərini göstərəcəklər ki, təyin olunmuş müddətdə Tehranla yekun nəticə əldə olunsun.
Amerika dövlət katibinin müavini Tehran və Vaşinqton arasında münasibətlərin yenidən başlanması barəsində deyib: İki ölkənin bir-biri ilə 3 dekadadır diplomatik münasibətləri olmamışdır. Bir sıra məsələlər barəsində fikir ayrılıqları vardır və elə buna görə İran və Amerika münasibətlərində dəyişikliklərin yaranması çoxlu zamana ehtiyaclıdır.