DünyaXƏBƏRLƏR

Ayətullah Zəncani fani dünya ilə vidalaşıb

Bu gün səhər və İmam Hadi(ə)-ın şəhadətinin ildönümü ilə yanaşı, tanınmış alim- Ayətullah Seyid İzəddin Zəncani fani dünya ilə vidalaşıb.

1300 günəş ilində Zəncanda dünyaya göz açmış Ayətullah Seyid İzəddin Zəncani böyük şiə təqlid mərcələrindəndir. O, Qum Dini Elmlər Hövzəsində uzun illər tədris və təhsillə məşğul olduqdan sonra Nəcəfə mühacirət etdi. Elmi hövzənin məşhur müctəhidlərindən olmasına baxmayaraq, aylarla böyük təqlid mərcələrinin dərslərində təhsillə məşğul oldu.

Ondan yadigar qalan kitab və əsərlər daha çox təfsir və əxlaq məsələlərinə aiddir.

Elmi risalə, həccin vacib əməlləri, Ali-Yasin ziyarətinin şərhi, dahi əllamə Şeyx Məhəmməd Cavad Bəlağinin bioqrafiyası, Həzrəti Zəhra(s.ə)-nın xütbəsinin şərhi, Aşura ziyarətinin şərhi, Həmd surəsinin şərhi, Quranın tərtibi şərhi, əxlaqda doğruluq yolu, Məsnəvi-Mənəvinin şərhi, Molla Hadi Səbzevarinin mənzuməsinin şərhi, Molla Sədrin Əsfar əsərinə haşiyə və Nəhc-ül-Bəlağənin şərhi bu mərcəyi təqlidin əsərlərindəndir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu