DünyaXƏBƏRLƏR

İmam Hadi(ə)-ın şəhadəti

Şiələrin 10-cu imamı- Hadi və Nəqi kimi tanınan İmam Əli İbn Məhəmməd(ə) rəcəb ayının 3-də Samirra şəhərində şəhid olub.

İmam Əli Əl-Nəqi(ə) əziz atası- Cavad Əl-Əimmə kimi tanınan Həzrəti İmam Məhəmməd Təqi(ə)-ın 220-ci hicri qəməri ilinin zilqədə ayında şəhid olduqdan sonra imamlığı öz üzərinə götürdü.

Qeyd etmək lazımdır ki, İmam Hadi(ə) imamlığı öz öhdəsinə götürdüyü zaman onun şərafətli ömründən 8 il 5 ay keçməmişdi. O, əziz atası kimi uşaq yaşlarında bu böyük məqama nail oldu.

İmam Əli Əl-Nəqi öz imamlığı dövründə Bəni-Abbas xilafətinin 6 xəlifəsini görmüşdür. Onlar Mötəsim, Vasiq, Mütəvəkkil, Müntəsir, Müstəin və Mötəzdən ibarətdirlər.

Bu Abbasi xəlifələrinin İmam Əli Əl-Nəqi ilə rəftarları fərqli idi. Bəziləri düşmənçilik, bəziləri isə yumşaq rəftarlar tətbiq edirdilər. Lakin onların hamısı xilafətin qəsb olunması və imamlıq hüququnu görməməzlikdə eyni fikrə sahib idilər.

Onların arasında Abbasi sülaləsinin 10-cu xəlifəsi- Mütəvəkkil hamıdan çox Əhli-Beyt(ə), imamlıq ailəsi və məşhur ələvilərə qarşı düşmənçilik bəsləyirdi. Hər mümkün yolla onları incidir və hətta Əhli-Beytin vəfat edənlərinə qarşı kəskinlik nümayiş etdirirdi. Mütəvəkkil göstəriş verirdi ki, məsum imamların qəbirləri, xüsusilə Əba Əbdillah Əl-Hüseyn(ə)-ın pak qəbri, onun ətrafındakı evlər dağıdılsın və Kərbəla torpaqları şumlanaraq, əkilsin.

Mütəvəkkil 243-cü hicri qəməri ilində İmam Əli Əl-Nəqi(ə)-ı Mədinədən Samirra şəhərinə çağırtdırdı və o həzrəti həmişəlik olaraq öz əsas vətəni və pak ata-babalarının diyarından uzaqlaşdırdı.

Yalnız Abbasi sülaləsinin 11-ci xəlifəsi- Müntəsir atası- Mütəvəkkili öldürdükdən sonra qısa müddətli xəlifəliyi dövründə ələvilərə, imam ailəsi və yaxınlarına diqqəti cəlb edəcək yaxşılıqlar etdi. Lakin bu da digər Abbasi xəlifələrinin hədsiz-hüdudsuz əziyyətləri qarşısında əvəzi çıxılacaq deyildi.

İmam Əli Əl-Nəqi(ə) 11 il müddətinə Abbasilərin paytaxtı- Samirrada və hərbçilərin yaşayış məntəqəsi olan Əsgər məhəlləsində sürgündə olaraq yaşadı və bu müddətdə xilafətin təhlükəsizlik orqanları tərəfindən ona güclü şəkildə nəzarət olunurdu və öz dostları və yarları ilə əlaqə saxlamaqdan məhrum idi.

Nəhayət, 254-cü hicri qəməri ili rəcəb ayının 3-ü və ya başqa bir rəvayətə görə, Cəmadi-ul-Axər ayının 25-də Mötəz Abbasinin xəlifəliyi dövründə xəlifənin qardaşı- Mötəmid Abbasi tərəfindən zəhərləndi və qəriblikdə şəhid edildi.

O əziz imamın şəhid olduğu zamanda övladı- İmam Həsən Əsgəri(ə)-dan başqa heç kim yanında deyildi.

Hazırda onun qəbri, övladı- İmam Həsən Əsgəri(ə), bacısı, İmam Cavad(ə)-ın qızı- Həkimə Xatun, İmam Zaman(ə)-ın anası- Nərgiz Xatunun qəbri bir müqəddəs zireh altındadır və Samirra şəhərində şiələrin və Əhli-Beyt(ə) aşiqlərinin ziyarətgahına çevrilmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu