İran İslam Respublikası Xarici İşlər Nazirliyinin yeni sözçüsü deyib: İran və 5+1 qrupunun nüvə müzakirələri qarşılıqlı addımlara əsasən olmalıdır.
İran XİN-in yeni sözçüsü- Seyid Abbas İraqçı çərşənbə axşamı günü daxili və xarici jurnalistlərlə keçirdiyi ilk mətbuat brifinqində İranın Milli Təhlükəsizlik Ali Şurası katibinin Avropa Birliyinin Xarici Siyasət məsələləri üzrə koordinatoru ilə sabah Türkiyənin İstanbul şəhərində keçiriləcək görüşü barəsində ümidvarlıq edib ki, xanım Ketrin Eştonun cavabı konstruktiv olacaqdır.
İranın ötən 3 ay ərzində 5+1 qrupu ilə ciddi, məzmunlu və dəqiq 2 müzakirələr keçirdiyini bəyan edən İraqçı söyləyib: Müzakirələrin son turunda iki tərəf tərəfindən dəqiq təkliflər irəli sürüldü və “Altılar” qrupunun İran xalqının xeyrinə olmayan öncəki təkliflərinin əksinə olaraq müsbət qarşılandı.
Sionist rejim qarşısında yeni Cövlan cəbhəsinin açılması və onun region proseslərinə təsiri barəsində Suriya prezidenti- Bəşşar Əsəd və Livan Hizbullahının baş katibi- Seyid Həsən Nəsrullahın açıqlamalarına münasibət bildirən Xarici İşlər Nazirliyinin yeni sözçüsü deyib: Suriya ordusu və dövləti terrorçularla mübarizə meydanında önəmli nailiyyət və qələbələr əldə etdikləri və terrorçuları əsas bölgələrdən çıxardıqları bir şəraitdə, sionist rejimin hücumu baş verdi. Bu da sionist rejimlə Suriyadakı terrorçu qruplaşmalar arasında həmahəngliyin olduğunu göstərir.i
İraqçı həmçinin İranın 11-ci dövr prezident seçkilərinin ölkədən xaricdə keçirilməsi barəsində də deyib: İranın nümayəndəliyi olan və çox az sayda iranlı olan bütün ölkələrdə prezident seçkiləri keçirilir və proqnoz olunur ki, dünyanın 120-dən çox yerində seçkilər keçirilsin.
