Almaniyanın xarici işlər naziri Avropa Birliyinin Türkiyədə aksiya iştirakçılarına qarşı zorakılıqların dayandırılması məqsədilə Ankara ilə danışıqların aparılması təklifindən xəbər verib.
Gido Vestervele AB ölkələri xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasının kənarında deyib: Bizim təklifimiz 2 cəhətə malikdir və ümidvarıq təklifin hər iki cəhəti diqqətə alınsın. Bunlardan biri müxaliflər ilə fikir mübadiləsi və məsləhətləşmənin aparılmasına şərait yaratmaqdır ki, ötən günlər ərzində bunun şahidi olmamışıq. İkinci məsələ isə budur ki, biz ortaq, hərtərəfli, strateji və uzunmüddətli maraqlarımızı nəzərə almalı və danışıqlar yolu ilə ən yaxşı həll yoluna nail olmalıyıq. Həqiqətdə bu bir neçə gündə Türkiyədə cərəyan edənlər qarşısında laqeyd olmamalı və uzunmüddətli mənafeyimizi görməməzliyə vurmamalıyıq.